Tüləkəran bələdiyyəsi tərəfindən vətəndaşların qəbul qrafikinə uyğun olaraq növbəti vətəndaş qəbulu keçirilmişdir. Sakinlərin müraciətləri əsasən pay torpaq sahələrinə çıxarışlar alınarkən Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən elektron uçot sistemində torpaqların düzgün qeyd olunmaması, torpaqların naturada olan koordinatları ilə xəritə məlumatları arasında olan uyğunsuzluqlar və azalmalar ilə bağlı olmuşdur. 
 Müraciətlər qeydə alınmış və müvafiq köməkliklər göstəriləcəkdir.