Vəzifəsi
Sədr
Haqqında
Hüseynov Rauf Kamran oğlu 23 iyul 1992-ci ildə Quba rayonunun Yenikənd kəndində anadan olub. 1998-ci ildə Mehman Ağayev adına Yenikənd kənd tam orta məktəbinin 1-ci sinifinə daxil olub, 2008-ci ildə həmin məktəbin 11-ci sinifini bitirib. 2008-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Texnologiya və Dizayn fakultəsinə daxil olub 2012-ci ildə “Texnoloji maşınlar və sahə avadanlıqlarının mühəndisliyi” ixtisasi üzrə bakalavr dərəcəsini bitirib. 2012-2013-cü illərdə Azərbaycar Respublikası Silahlı Qüvvələri sıralarında həqiqi hərbi xidmət keçib.
2015-ci il yanvar ayından iyul ayına qədər “Kred Aqro” Bank olmayan kredit təşkilatında əməliyyatçı-xəzinədar vəzifəsində işləmişdir. 2015-ci ilin iyul ayından 2020-ci ilin may ayınadək Xaçmaz rayonu Nabran kəndində turizm üzrə fərdi sahibkarlıq fəaliyyəti ilə məşqul olmuşdur. 2020-ci ilin may ayının 21-dən bugünədək Quba rayon Tüləkəran bələdiyyəsinin sədri vəzifəsində işləyir.