Quba rayon Gənclər və İdman İdarəsi tərəfindən Quba rayonu üzrə ümumitəhsil məktəblərində təhsil alan şagirdlər arasında “8 Noyabr - Zəfər günü” nə həsr olunmuş esse müsabiqəsində Quba rayon Aşağı Tüləkəran kənd tam orta məktəbinin 9cu sinif şagirdi Muradova Ləman Arif qızı üçüncü yer tutmuşdur. Bu münasibətlə məktəbdə müəllim və şagird kollektivi ilə görüş keçirilmiş və şagirdimiz mükafatlandırılmışdır. Təhsildə fərqlənən bütün şagirdlərimiz bundan sonra da daim diqqət və qayğı ilə əhatə olunacaqdır.