Bugün Quba rayon Aşağı Tüləkəran kənd sakini Bayramşah Mehyəddinovu və  Əntiqə Mehyəddinovu ziyarət etdik. Bayramşah Mehyəddinov uzun müddət Rusiya savxozunda briqadir, poçt rəisi və digər vəzifələrdə çalışmışdır. Hər zaman öz peşəsinin öhdəsindən laiqincə gəlmiş və ərtafındakılara daima örnəy olmuşdur. 
Lakin bugünkü ziyarətimiz tamamilə fərqli mövzudadır. Belə ki keçdiyimiz günlərdə Bayramşah Mehyədinov və Əntiqə Mehyəddinovun ailə həyatə qurmasının 60 illiyi tamam oldu. 5 övlad böyüdüb boya başa çatdıran yubliyarlarımız əmək fəaliyyətinin yanı sıra nümunəvi ailələrdəndir. Bu gün üçün gənc nəsillərə örnək təşkil edən ailə ənənələrinə və ailə dəyərlərinə sahib olmağın xoşbəxtliyini yaşayırlar. Ailə insitutunun, Azərbaycan ailə dəyərlərinin qorunmasında belə ailələrin qorunması, öz tövsiyyə və məsləhətlərinin gənc nəsillər arasında təbliğ və təqdir olunması vacibdir. 
Biz də Tüləkəran bələdiyyəsinin kollektivi olaraq yubliyarlara uzun ömür, can sağlığı arzu edir, yubuleylərinin yüz illiklərini qeyd etmələrini diləyirik.