Bələdiyyənin 2024-cü il üzrə hesabatı
  
İl ərzində Tüləkəran bələdiyyəsinin 17 iclası keçirilmişdir. Daimi Komissiyalar tərəfindən bələdiyyə iclaslarının müzakirəsinə bir sıra məsələlər çıxarılmış, hüquqi aktların qəbul olunması üçün rəy və təkliflər hazırlanmışdır. Bələdiyyə tərəfindən qəbul edilmiş müvafiq aktlar qanunauyğun olaraq, nəzarət qaydasında baxılması üçün, Ədliyyə Nazirliyinin Xaçmaz Regional Ədliyyə İdarəsinə göndərilmişdir. Bələdiyyənin fəaliyyəti üçün çox önəmli olan məsələlərlə bağlı bələdiyyələrə İş Mərkəzi tərəfindən tövsiyələr hazırlanıb göndərilmişdir. Bələdiyyələrin fəaliyyətində mühüm yer tutan yerli vergilərin toplanmasına köməklik məqsədilə, Bələdiyyələrlə İş Mərkəzinin əməkdaşları tərəfindən seminar- müşavirə keçirilmişdir.

Ötən dövr ərzində bələdiyyəyə vətəndaşlardan müxtəlif məsələlərə dair 176 məktub və ərizə daxil olmuşdur. Müxtəlif məsələlərlə bağlı rəhbərlik tərəfindən 187 vətəndaş qəbul edilmişdir. “Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq olaraq, daxil olan məktub, ərizə və şikayətlərin hər birinə vaxtında baxılmış, nəticəsi barədə onlara məlumat verilmişdir.

Qeyd edək ki, yenə də Bələdiyyələrlə İş Mərkəzinin tövsiyələri, metodiki köməklikləri, bələdiyyədə keçirilən seminarların nəticəsi olaraq, 2024-cü il ərzində isə büdcə gəlirləri 409808.20 manat təşkil etmişdir.            (2023-cü ildən Qalıq 151.64 manat)

O cümlədən:

-        fiziki şəxslərdən torpaq vergisi – 8577.16 manat;

-        fiziki şəxslərdən əmlak vergisi – 10120.05 manat;

-        torpaq icarə haqqı- 1488.72 manat;

-        Dövlət büdcəsindən ayrılan Dotasiya- 3800 manat;

-        Dövlət büdcəsindən ayrılan Subvensiya- 356865.00 manat;

-        Bələdiyyələr tərəfindən göstərilən xidətlərdən – 6308.00 manat.

-        Bələdiyyə mülkiyyətinin özgəninkiləşdirilməsinə görə ödəniş – 15900.00 manat

-         Su satışı – 5000.00 manat

-        Digər gəlir – 1597.63 manat.

2024-cü il ərzində xərclər isə - 409800.53 manat təşkil etmişdir.

O cümlədən:

 Bələdiyyə işçilərinin əmək haqqısının ödənilməsinə - 30542.00 manat;
 Bələdiyyə işçilərinin əmək haqqlarından DSMF-yə ayırmalara- 13630.87manat;
 Möhüc kəndində 2023-cü ildə görülmüş yol təmirinin dəyərinin qalıq borcunun ödənilməsinə - 5200.00
Yenikənd və Yuxarı Tüləkəran kəndlərində birinci Qarabağ müharibəsi şəhidləri Mehman Ağayev, Əvəz Ələsgərov, Əfqan İdrisov, Yaşar Bağıyev, Ramazan Hüseynov və Azad Heydərovun xatirə bulaq komplekslərinin tikintisinə - 9743.00 manat
Quba rayonu Aşağı Tüləkəran kəndində torpaqlarımızın ərazi bütövlüyü üğruna canlarından keçmiş şəhidlərimizin xatirələrinin əbədiləşdirilməsi məqsədi abidə kompleksinin hörgü və beton işlərinə - 8171.00 manat
Məktəblərdə Şəhid Xatirə lövhələrinin hazırlanıb quraşdırılmasına – 1340.00
Bələdiyyə binasına inventar və avadanlıqların alışına – 1500.00
Bank, poçt xərclərinə - 611.22
Audit haqqına – 1180.00
3% xidmət haqqına – 1245.75
ƏMDX xidmət haqqı və rüsümlar ödənişnə - 3174.50
Bələdiyyərin Milli Asossasiyalarına üzvülük haqqına – 510.00
7 şəhid, 2 əlil,5 veteran daxil olmaqla ümumilkdə 50 nəfərə Ramazan bayramı münasibəti ilə ərzaq bağlaması verilməsinə - 1327.27
1-ci Qarabağ müharibəsi iştirakçısı müharibə veteranına müalicə xərci olaraq – 300.0 manat
Bələdiyyə müəssisəsi üçün mal material alışına (yerli iqtisadi sahədə xərclərə) 330833.87 manat
 

 Məlumat üçün qeyd edirik ki, 2024-cü il ərzində bələdiyyə xərclərinin 25540.45 manatlıq hissəsi əvvəlki dövrlərdən qalmış borclara - DSMF və digər ödənişlərə görə olmuşdur.

“Quba rayon Yenikənd kəndində 50 ton su tutumlu su ambarı təmir olunmuş və ətrafı məftil tor ilə hasarlanmışdır.
“Quba rayon Yenikənd kəndində birinci Qarabağ müharibəsi şəhidləri Mehman Ağayev, Əvəz Ələsgərov, Əfqan İdrisov, Yaşar Bağıyevin xatirə bulaq komplekslərini tikilib istifadəyə verilmişdir.
Yuxarı Tüləkəran kəndində birinci Qarabağ müharibəsi şəhidləri Ramazan Hüseynov və Azad Heydərovun xatirə bulaq komplekslərini tikilib istifadəyə verilmişdir.
Quba rayon Yenikənd kəndində birinci Qarabağ müharibəsi şəhidi Yaşar Bağıyevin ailə üzvlərinin müraciətinə əsasən onlara məxsus fərdi yaşayış evlərinə gedən yol yenidən qrularaq əsaslı təmir olunmuşdur.
Quba rayon Aşağı Tüləkəran, Yuxarı Tüləkəran, Suxtəkələ və Yenikənd kəndlərinə mövcud olan 3-3.5 metr enliyində ümumi uzunluğu 3.8 km olan yollar 5-6.5 metr enliyində genişləndirilərək sakinlərin istifadəsinə verilmişdir.
Quba rayonu Aşağı Tüləkəran kəndində torpaqlarımızın ərazi bütövlüyü üğruna canlarından keçmiş şəhidlərimizin xatirələrinin əbədiləşdirilməsi məqsədi abidə kompleksinin hörgü və beton işləri tamamlilə yekunlaşdırılmışdır.
Quba rayon Əfqan İdrisov adına Möhüc kənd tam orta məktəbində Əfqan İdrisovun, Quba rayon Yuxarı Tüləkəran kənd ümumi orta məktəbində Müşfiq Nəsirovun, Quba rayon Tülər kənd ümumi orta məktəbində İsmət Dəmirovun, Quba rayon Gültəpə kənd ümumi orta məktəbində Ceyhun İsayev, Elşad Şıxbabayev və Zahir Nəsrullayevin xatirə lövhələri quraşdırlmışdır.
Təhsil sahəsində uğur qazanan bir sıra şagirdlərə bələdiyyə tərəfindən fəxri fərman və hədiyyələr təqdim olunmuşdur.
7 şəhid, 2 əlil,5 veteran daxil olmaqla ümumilkdə 50 nəfərə Ramazan bayramı münasibəti ilə ərzaq bağlaması verilmişdir
1-ci Qarabağ müharibəsi iştirakçısı müharibə veteranına müalicə xərclərini ödənilməsi üçün maddi köməklik göstərilmişdir
1 iyun Beynəlxalq uşağların müdafiəsi günü ilə əlaqədar olaraq tədbirlər keçirilmişdir.
Bələdiyyə tərəfindən qardaş Türkiyə Cumhuriyyətinə nümayəndə heyyəti göndərilərək bələdiyyə müəssisələrinin fəaliyyət öyrənilmiş və bələdiyyə ərazində tətbiqinə başlanılmışdır.
Ərazidə yaşayan vətəndaşların məşqulluq problemlərinin aradan qaldırılmasına da böyük diqqət ayrılmışdır. Bu məqsəd ilə 2024-cü ilin hesabat dövrü ərzində iki nəfər bələdiyyə qulluğuna müddətsiz əmək müqaviləsi ilə, iki nəfər müddətli əmək müqaviləsi ilə, 7 nəfər isə bələdiyyə müəssisəsində işə qəbul olunmuşdur. 6 nəfər rayon ərazisindəki turizm müəssisələrində, 1 nəfər rayon ərazisindəki mebel istehsalı müəssilərində, 6 nəfər isə Bakı şəhərində işlə təmin olunmalarına müvafiq köməkliklər göstərilərək ümumilikdə 21 nəfər vətəndaşın məşqulluq problemi həll olunmuşdur.
Bələdiyyə mülkiyyətinin idarə olunması, qanunsuz zəbt olunmuş bələdiyyə torpaqların bələdiyyənin qanuni mülkiyyətinə qaytarılması istiqamətində də mühüm addımlar atılmışdır. Quba rayonu Gültəpə kəndində 0.08 ha, Quba rayonu Tülər kəndində isə 0.715 ha prespektiv inkişaf təyinatlı torpaq sahəsinin bələdiyyənin qanuni mülkiyyətinə qaytarılması təmin olunmuşdur. Bələdiyyə mülkiyyətində məxsus olan, lakin qanunsuz olaraq zəbt olunmuş torpaq sahələrinin müəyyən olunaraq barələrində qanunamüvafiq tədbirlərin görülməsi istiqamətində müvafiq işlər davam etdirilir.
Bələdiyyə ərazisində yaşayan vətəndaşların yerli vergilərə və ödənişlərə cəlb olunması məqsədi ilə Bələdiyyələrin Avtomatlaşdırılmış Məlumat Sistemində daima yenilənmələr aparılır. Vətəndaşların mülkiyyətindəolan torpaq sahələrinin aşkar olunması, onlara məxsus əmlakların müəyyən olunaraq Bələdiyyələrin Avtomatlaşdırılmış Məlumat Sisteminə inteqrasıyasın təmin olunması nəticəsində vergi obyetlərinin sayı 878 nəfərə çatdırılaraq həmin ödəyicilərə tədiyyə bildirişləri paylanılmışdır.
Bizə səs vermiş seçicilərimizin etimadını doğrultmaq üçün gördüyümüz və görəcəyimiz işlərlə hər zaman çalışacağıq. Kəndlərimizin abadlığına, gözəlliyinə, təmizliyinə, yaşıllığına bundan sonra da diqqəti daha da artıracağıq.

Yerli əhəmiyyətli poblemlərin həllində daha da fəallıq göstərəcəyik, ictimai-mədəni, sosial tədbirlərin həyata keçirilməsini uğurla davam etdirəcəyik.

Bundan sonrakı fəaliyyətimizdə də hər zaman olduğu kimi, ölkə Prezidenti cənab İlham Əliyevin Sərəncam və Fərmanlarından irəli gələn vəzifələrin yerinə yetirilməsinə çalışacağıq və Bələdiyyələrlə İş Mərkəzinin tövsiyələrini, iradlarını hər zaman işdə rəhbər tutacağıq.