Hindistan və Dubay şirkətlərinin nümayəndələri “Tülələran Təmiz Kənd” MMCsini ziyarət edib. 
Azərbaycanda səfərdə olan Hindistan və Dubayda kənd təsərrüfatı və turizm fəaliyyətləri ilə məşğul olan “CEEKEY TRADING LLC” şirkətinin nümayəndələri səfər çərçivəsində Tüləkəran bələdiyyəsini ziyarət ediblər. Bələdiyyə müəssisəsinə keçirilən baxış zamanı fermada növ və biomüxtəlifliyin artırılması imkanları müzakirə olunub. Tikintisi tamamlanmaq üzrə olan heybandarlıq kompleksinə baxış keçirən qonaqlar öz təcrübələrinə əsaslanan tövsiyyə və məsləhətlərini veriblər.
Bələdiyyə ərazisinə daxil olan kəndlərdə kənd turizmi, aqroturizm, otel turizmi və digər istiqamətlərdə fəaliyyət imkanları müzakirə olunub.