Əmlak Məsələləri Dövlət Xidməti bələdiyyə - vətəndaş münasibətlərini kəskinləşdirməyə davam edir.
Əmlak Məsələləri Dövlət Xidmətinə mülkiyyətlərində olan kənd təsərrüfatı təyinatlı pay torpaq sahələrinə çıxarış almaq istəyən vətəndaşlar yeni problemlərlə üzləşiblər. 2002 və 2004-cü illərdə vətəndaşlara verilmiş torpaqdan istifadəyə dair dövlət aktları ilə Asan Xidmət mərkəzləri və ƏMDX şöbələrinə müraciət edən vətəndaşlara elektron uçot sistemində mülkiyyətlərində olan torpaq sahələrin azaldığı və bu azalma ilə bağlı olaraq azalmaya razılıq ərizələrinin yazılması tövsiyyə olunur. Vətəndaş ya azalmaya razılaşmalı ya da məhkəməyə müraciət etməlidir. Məhkəmə instansiyalarına muraciət prosesual qaydalara uyğun olaraq İnzibati Məhkəmələrə müraciət olunmalı olduğundan vətəndaşların mütləq əksəriyyəti məcburi olaraq azalmış torpaqlardan imtinaya razılıq ərizələri yazmalı olurlar. Vətəndaşın əlində olan Dövlət Aktlarında torpaq sahəsinin koordinatları və dwg məlumatları olduğu halda mülkiyyətçilərə imtinaların verilməsi gülünc görünür. Necə ola bilər yüksək səviyyəli bazası, avadanlıqları və mütəxəssisləri olar bir qurum vətəndaşın torpaq sahəsini müəyyən edə bilmir? Böyük məbləğdə xidmət haqqları alınır. Amma torpaq sahəsi naturada müəyyən olunmur. Ən gülünc məqam isə vətəndaşlara verilən cavablardır. Belə ki, vətəndaşlara verilən cavablarda torpaq azalma problemlərinin həll olunması üçün bələdiyyələr tərəfindən aidiyyatı qurumlara yenidən razılaşdırıldıqdan sonra mümkün olacağıdır. Cavabın özü belə heç bir məntiqə sığmır. Bələdiyyələr tərəfindən elektron uçot sistemində düzəlişlərin və dürüstləşmələrin aparılması üçün olunan müraciətlərə illərlə cavab verilmirsə və problemlər vətəndaşlara bələdiyyənin günahı ucbatından baş verdiyinin rəsmi məktublarda bildirilməsi gülünclükdən başqa bir şey deyildir.

Yeni Şərh