Müşfiq Nəsirov 4 sentyabr 2002-ci ildə Quba rayonunun Suxtakələ kəndində müəllim ailəsində anadan olmuşdur.
2008-ci ildə Quba rayon Suxtakələ kənd ümumi orta məktəbinin birinci sinifinə daxil olan Müşfiq 2017-ci ildə həmin məktəbin 9-cu sinifini bitirir. Bundan sonra təhsilini Quba rayon Aşağı Tüləkəran kənd tam orta məktəbində davam etdirir.
Müşfiq Nəsirov 2019-cu ildə məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Pedaqoji Universitetinin nəzdindəki Azərbaycan Dövlət Pedaqoji Kollecinin "Fiziki tərbiyə müəllimliyi" ixtisasına qəbul olur. 1 il burada təhsil aldıqdan sonra Müşfiq Nəsirov hərbi xidmətə yollanır. Müşfiq kollecdəki təhsilini yarımçıq qoyaraq 1 oktyabr 2020-ci ildə müharibə şəraitində hərbi xidmətə gedir. Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Müşfiq Nəsirov Azərbaycan Silahlı Qüvvələri Quru Qoşunlarının N saylı hərbi hissəsində xidmət etdirmişdir. Müşfiq ailəsi ilə danışanda tez-tez hərbi xidməti başa vurduqdan sonra orda qalıb hərbçi olacağından bəhs edirdi.Hərbi xidməti dövründə daim öz komandirlərinin və əsgər yoldaşlarının rəğbətini qazanmışdır.
Daim vətənin keşiyində durmaq eşqiylə yanan Müşfiq 21 dekabr 2021-ci ildə Qubadlı rayonunun Hal kəndi ərazisində komandirinin döyüş təminatı ilə bağlı tapşırığını icra edərkən qəhrəmancasına şəhadətə yüksəlir.
Add New Comment