Azərbaycan Kənd Bələdiyyələrinin Milli Assosiasiyasının ümumi yığıncağı keçirilib
Kənd bələdiyyələrinin sayı 1383-dən 513-ə endirilib
Göyçayda ölkənin bütün şəhər və rayonlarında fəaliyyət göstərən kənd bələdiyyələrini təmsil edən 167 nümayəndənin iştirakı ilə Azərbaycan Kənd Bələdiyyələrinin Milli Assosiasiyasının ümumi yığıncağı keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbirdə Assosiasiyanın 2023–2024-cü illərdə fəaliyyəti haqqında hesabat, Nəzarət-təftiş komissiyasının hesabatı, eləcə də təşkilati və digər məsələlər müzakirə olunub.
Yığıncaqda qeyd edilib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu siyasət bələdiyyə orqanlarının ictimai-siyasi həyata inteqrasiyasını da gücləndirib, vətəndaşların yerli özünüidarəetmədə fəallığı artıb. Hesabat ilində Prezident Administrasiyasının müvafiq şöbəsinin dəstəyi, həmçinin Milli Məclisin Regional məsələlər komitəsi, Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş baş idarəsi və digər qurumlarla birgə bələdiyyələrin daha səmərəli fəaliyyəti istiqamətində sistemli tədbirlər həyata keçirilib, qabaqcıl təcrübələrin tətbiqi və qanunvericilik bazasının təkmilləşdirilməsi davam etdirilib.
Bildirilib ki, bələdiyyələrin iqtisadi potensialının artırılması məqsədilə fəaliyyətin əlaqələndirilməsi gücləndirilib, “Bələdiyyələrin Avtomatlaşdırılmış Məlumat Sistemi” əsaslı şəkildə yenilənib. İnzibati inteqrasiya və vergi-uçot sistemində aparılan optimallaşdırma nəticəsində kənd bələdiyyələrinin büdcə daxilolmalarında əvvəlki illərlə müqayisədə 18 faizədək artım qeydə alınıb.
Kənd bələdiyyələri hesabat dövründə aztəminatlı ailələrə, qocalara, əlillərə, valideyn himayəsindən məhrum uşaqlara, müharibə iştirakçıları və şəhid ailələrinə sosial dəstək layihələri həyata keçirib, kənd təsərrüfatının prioritet sahələri üzrə ailə-kəndli təsərrüfatlarının inkişafına yardım göstərib. Yerli əhəmiyyətli problemlərin həlli istiqamətində real addımlar atılıb.
Qeyd olunub ki, yerli özünüidarəetmənin təkmilləşdirilməsi məqsədilə qəbul edilən qanunvericilik aktlarına uyğun olaraq bələdiyyələrin birləşdirilməsi həyata keçirilib. Potensialı zəif olan kiçik kənd bələdiyyələrinin birləşdirilməsi nəticəsində ölkədə kənd bələdiyyələrinin sayı 1383-dən 513-ə endirilib. Bu ilin yanvarında keçirilən seçkilər nəticəsində 685 bələdiyyə yenidən formalaşdırılıb.
Milli Assosiasiya ötən dövrdə beynəlxalq təşkilatlarla, xarici ölkələrin bələdiyyələri və assosiasiyaları ilə əməkdaşlıq əlaqələrini davam etdirib.
Yığıncaqda vurğulanıb ki, Prezident İlham Əliyevin 2025-ci il 11 iyul tarixli Fərmanı ilə Bələdiyyələrin Avtomatlaşdırılmış Məlumat Sisteminə dövlət informasiya sistemi statusunun verilməsi, sistemin fəaliyyətinin təşkilinə dair müəyyən edilən tələblər və assosiasiyalara göstərilən etimad bələdiyyə fəaliyyətində şəffaflıq və hesabatlılığın təmin olunmasına mühüm töhfə verəcək. Vahid informasiya sisteminin tətbiqi korrupsiya hallarının qarşısının alınmasında da əhəmiyyətli rol oynayacaq.
Ümumi yığıncağın sonunda müzakirə olunan məsələlər üzrə müvafiq qərarlar qəbul edilib. Bələdiyyələrin müasir çağırışlara uyğun fəaliyyətinin təmin olunması məqsədilə maliyyə, kadr və texniki bazanın daha da gücləndirilməsi əsas istiqamətlər kimi müəyyənləşdirilib.
Tədbirdə Prezident Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin, Ədliyyə Nazirliyinin, eləcə də Azərbaycan Şəhər və Qəsəbə Bələdiyyələrinin Milli Assosiasiyalarının nümayəndələri iştirak ediblər.

Add New Comment